Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər bu gün sınaq imtahanları verir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Gənclik, Bildiriş > Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər bu gün sınaq imtahanları verir

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər bu gün sınaq imtahanları verir


Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali məktəblərin I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanları keçirir.

Mərkəzdən verilən məlumata görə, imtahanlar respublikanın 11 şəhərində - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmazda keçiriləcək. İmtahanlar ümumilikdə 30 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün qeydiyyat internet vasitəsilə aparılıb və 15274 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. İmtahanların idarə edilməsi üçün 91 imtahan rəhbəri, 929 nəzarətçi-müəllim ayrılıb.

Geri dön