Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə 23 həbçiyə ömürlük həbs cəzası kəsildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Türkiyədə 23 həbçiyə ömürlük həbs cəzası kəsildi

Türkiyədə 23 həbçiyə ömürlük həbs cəzası kəsildi


Ankara Məhkəməsi ötən ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan bir qrup hərbçiyə hökm oxuyub. "Anadolu" agentliyi xəbər verir ki, ilkin olaraq məhkəmə qarşısına 23 hərbçi çıxarılıb. Müttəhimlərə Konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd və Türkiyə prezident administrasiyasının rəhbəri Fəxri Kasırğanın zorla saxlanılması ittihamları irəli sürülüb. Onlar, həmçinin, Kasırğanın təcili yardım maşınına yerləşdirilməsi və qiyamçıların qərargahının yerləşdiyi Akınçı aviabazasına gətirilməsində ittiham ediliblər.
İttiham edilən 26 müttəhimdən 23-ü ömürlük azadlıqdan məhrum edilib. İki nəfər bəraət alıb. Prezident Qvardiyasının keçmiş alay komandiri, polkovnik Muhsin Kutsi Barış isə 12 il həbs cəzası alıb.

Geri dön