Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bərdədə daş salnamə aşkar edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Bərdədə daş salnamə aşkar edilib

Bərdədə daş salnamə aşkar edilib


Bərdə rayonunda daş salnamə aşkar edilib.
Davam.az “Report”un Qarabağ bürosunun verdiyi məlumata görə bildirir ki, yazılı abidə rayonun Soğanverdilər kəndindəki əkin sahəsində subartezan quyusunun yaxınlığında tapılıb.
Hər iki üzərində müxtəlif işarələr və rəqəmlərin əks olunduğu daş salnamənin 2500 ilə yaxın yaşı olduğu güman edilir.
Maddi mədəniyyət nümunəsi araşdırılmaq məqsədi ilə Bərdə Tarix və Diyarşünaslıq Muzeyinə gətirilib.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri İlyas Hacıyev “Report”un yerli bürosuna bildirib ki, qədim daşın üzərindəki işarələrin oxunması üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət olunub.
Qeyd edək ki, daşın çəkisi təqribən 500 kiloqrama yaxındır.

Geri dön