Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Günümüzün ustad aşıqları"- sonuncu kitab
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > "Günümüzün ustad aşıqları"- sonuncu kitab

"Günümüzün ustad aşıqları"- sonuncu kitab


Azərbaycan Aşıqalr Birliyinin yeni layihəsi olan "Günümüzün ustad aşıqları" seüriyasından sonuncu - doqquzuncu kitab da işıq üzü görüb. Birlikdən bildirilib ki, 2016-cı ilin sonlarından başlayan layihə çərçivəsində çağdaş dövrümüzdə Azərbaycan aşıq sənətində öz dəst-xətti ilə seçilən Əməkdar İncəsənət xadimi Ədalət Nəsibov, Əməkdar Mədəniyyət İşçiləri İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər birinə ayrıca kitab həsr olunub. Xatırladırıq ki, bu ustad aşıqlardan dördü - Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz həm də Prezident təqaüdçüləridir. Ustad sənətkarların həyat və sənət yolundan bəhs edən kitablarda eyni zamanda onlar haqqında respublimkamızın tanınmış elm və sənət adamlarının ürək sözləri, onlara ithaf olunmuş şeirlər və eləcə də, özlərinin yaradıcılıqlarından seçmə nümunələr də yer alıb. Kitabların məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanı və redaktoru isə AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.

AAB-dən bildiriblər ki, bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək, ustad aşıqların həyat və yaradıcılıq yolundan bəhs edən yeni-yeni nəşrlər işıq üzü görəcək.

Geri dön