Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Qəhrəmanın doğum günüdür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Milli Qəhrəmanın doğum günüdür

Milli Qəhrəmanın doğum günüdür


Bu gün Milli Qəhrəman Səfa Axundovun doğum günüdür.
Səfa Fətulla oğlu Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olub. İlk təhsilini Saatlı rayonunda alıb, sonra Cəlilabada köçdüklərindən təhsilini orada davam etdirib. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur.

Səfa Axundov 1979-cu ildə Orenburq Mülki Aviasiya Məktəbini bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilib. 1987-ci ildə Riqada yaşayan Səfa erməni quldurlarının vətənimizə təcavüzünə biganə qalmayaraq Azərbaycana dönüb.

O, 1989-cu ildə Zabrat “Azal-aero” Aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin edilib. Səfa Axundov 1992-ci il yanvarında Şuşaya uğurlu uçuşlar edib. Həmin vaxt Qarabağ səmasında vertolyotla uçuş etmək cəsarət istəyirdi. Lakin S.Axundov düşmən atəşlərindən çəkinməyərək dəfələrlə Şuşaya uçub, ərzaq, silah-sursat daşıyıb. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi tərəfdən atılan raket onun vertolyotunu parçalayıb. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak olub. Evli idi, iki oğlu həyatda yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Cəlilabad şəhərinin mərkəzində qəhrəmanın büstü qoyulub.

Geri dön