Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avroliqa: Azərbaycan voleybolçuları Albaniyaya məğlub olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Avroliqa: Azərbaycan voleybolçuları Albaniyaya məğlub olub

Avroliqa: Azərbaycan voleybolçuları Albaniyaya məğlub olub


Bu gün kişi voleybolçular arasında Avropa Liqasında üçüncü turun oyunları keçirilir. Makedoniyada keçirilən ilk mərhələnin A qrupunda yer alan millimiz növbəti matçında Albaniya millisi ilə üz-üzə gəlib.

İlk görüşdə Makedoniyaya 0:3, ikinci matçında isə İsveçə 2:3 hesabı ilə məğlub olan Fərid Cəlalovun yetirmələri ilk mərhələdəki sonuncu matçında Albaniyaya da uduzub. Yığmamızın gücü bu dəfə sadəcə 1 setə çatıb - 1:3.

Bununla da millimiz Makedoniyada keçirilmiş ilk mərhələdə bütün oyunlarından məğlubiyyətlə ayrılaraq sadəcə 1 xal toplamağı bacarıb.

Qrupdakı digər oyunda isə Makedoniya ilə İsveç qarşılaşacaqlar.

Qeyd edək ki, qrupun ikinci mərhələsinin oyunları 23-25 iyun tarixləri arasında Albaniyada keçiriləcək.

Avropa Liqası
III tur

Geri dön