Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avro-2017: Azərbaycan boksçusu növbəti mərhələyə yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Avro-2017: Azərbaycan boksçusu növbəti mərhələyə yüksəlib

Avro-2017: Azərbaycan boksçusu növbəti mərhələyə yüksəlib


Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında Avropa çempionatı davam edir.

Yarışın 3-cü günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Edqaras Skurdelislə (Litva) üz-üzə gəlib. Qarşılaşma dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Çələbiyev rəqibini 4:1 hesabı ilə məğlub edib. O, 1/8 finalda fransalı Sofian Oumiha ilə gücünü yoxlayacaq. Görüş iyunun 20-də baş tutacaq.

Çələbiyevdən fərqli, Eldar Quliyevin (81 kq) debütü uğurlu alınmayıb. 1/8 finala gedən yolda Müslim Hacımaqomedovla (Rusiya) qarşılaşan gənc boksçumuz 0:5 hesabı ilə məğlub olub.

Bu gün daha bir təmsilçimiz – Kamran Şahsuvarlının (75 kq) da ilk rəqibi bilinib. Birinci mərhələdən azad olan Olimpiya mükafatçımız 1/8 finalda Emmet Brennanla (İrlandiya) mübarizə aparacaq. Onun rəqibi polşalı Bartoş Qolebiyevskiyə qalib gəlib – 3:2. Şahsuvarlı Brennanla iyunun 20-də qüvvəsini sınayacaq.

Geri dön