Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstandan maşın gətirmək istəyənlər BU XƏBƏRİ MÜTLƏQ İZLƏSİN
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Gürcüstandan maşın gətirmək istəyənlər BU XƏBƏRİ MÜTLƏQ İZLƏSİN

Gürcüstandan maşın gətirmək istəyənlər BU XƏBƏRİ MÜTLƏQ İZLƏSİN


2018-ci ildən Gürcüstan ərazisi ilə hərəkət edən, lakin xaricdə qeydiyyata alınmış avtomobillər üçün icbarı sığorta qüvvəyə minəcək. Bununla da Gürcüstana avtomobillə daxil olarkən icbari sığortaya görə yeni tariflər tətbiq olunacaq.
Ekspert Ərşad Hüseynov bildirir ki, Gürcüstanda əvvəllər belə bir sığorta olub. Ancaq yeni qanunun qəbul edilməsi ilə tariflərdə artımlar olacaq.
Ərşad Hüseynovun sözlərinə görə, indi Gürcüstan eləcə də digər ölkələr yaşıl kartın üzvü olduğuna görə həmin ölkələrə onsuz da beynəlxalq səviyyədə icbari sığorta olmadan avtomobillə daxil olmaq mümkün deyil. Buna görə də Gürcüstanın icbari sığortalar haqqında qanununda dəyişiklik Azərbaycanda hər sürücüyə şamil edilməyəcək.
Yaşıl kart sığortasından faydalanmaq üçün isə tariflər beynelxalq tariflər olduğuna görə onun həcmi maliyyə nazirliyi tərəfindən müəyyən olunur. Yaşıl kart sığortası isə Azərbaycandakı sığorta şirkətləri tərəfindən verilməkdədir. Sığortanın məbləği isə gediləcək ölkədən və orda qalmaq müddətindən asılı olaraq dəyişir.

Geri dön