Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstilik bəhanəsi ilə orucu qətiyyən tərk etmək olmaz
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > İstilik bəhanəsi ilə orucu qətiyyən tərk etmək olmaz

İstilik bəhanəsi ilə orucu qətiyyən tərk etmək olmaz


Hazırkı dönəmdə Ramazan ayı yay fəslinə düşür. Ona görə də günlər uzun və hava çox istidir. Lakin bu, orucu tərk etmək üçün bəhanə ola bilməz. (Tebyan)

Allah Quranda buyurur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz. Bir neçə gün! Odur ki, sizdən kim xəstə, yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin sayı qədər) digər günlərdə (oruc tutsun). Və oruc tutmağın taqətsizləşdirdiyi kəslər (qocalar, azyaşlılar və ağır xəstələr oruc tutmaya bilərlər və onlar) üçün (oruc tutmadığı hər günün müqabilində) bir yoxsula (bir «mudd», yəni 750 qram) yemək vermək onun kəffarə və əvəzidir. Kim xeyirə artırsa (və iki mudd versə) onun üçün daha yaxşıdır. Oruc tutmaq (çətin və məşəqqətli olsa da), sizin üçün daha yaxşıdır, əgər bilsəniz!”. (“Bəqərə” 183-184).

Allah buyurur ki, oruc elə bir vacibatdır ki, sizdən əvvəlkilər üçün də vacib buyurulmuşdu. Allah Təala bu ayələrdə orucu vacib buyurmuşdur. Sonra isə kimlərin bu vacibatdan üzrlü olduğunu bir-bir sayır. Lakin Allah bu ayələrdə buyurmur ki, hava isti olanda oruc tutmayın, sərin olanda tutun. Bəlkə buyurur ki, hər bir müsəlman Ramazan ayının vacib orucunu istər istidə olsun, istərsə də soyuqda - tutmalıdır. Bu, bütün diyar və məmləkətdə olan bütün müsəlmanlara şamil olur.

Allah Təala hər bir bəndəsinin halından xəbərdardır və hər bir bəndəsinə qarşı agah və alimdir. Allah bizim hamımızdan çox sağlamlığınızın nigarançılığını çəkər. Allah necə elə bir əmr verə bilər ki, insanın sağlamlığını təhlükəyə salsın?! Bizim bu isti günlərdə oruc tutmağımız bizim üçün faydalıdır və bunun bəzi tərəflərini görə bilirik, ancaq bəzi tərəfləri bizə gizlidir. Oruc insan cisminə faydalı olduğu kimi, insan ruhuna da faydalıdır. İnsana səbri öyrədər, şəhvətini zəiflədər, ürəyini yumşaldar, acların halından xəbərdar olar.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, Ramazan ayı gəlib çatar, özünüzü bacardığınızın son həddinə qədər zəhmətə salın. Çünki bu ayda ruzi bölünər. Ömrün müddəti təyin olunar. Həmin ayda Allah qonaqlığına gələn həcc ziyarətçilərinin adı yazılar. Onda elə bir gecə vardır ki, onda edilən əməl min ayda edilən əməldən daha yaxşıdır”.

Bu ayələr elə bir ölkədə və şəhərdə nazil olmuşdur ki, hava çox zaman isti olur. Ona görə də Allah Təala bu fəslin çətinliklərini nəzərə alaraq, bizlərə orucu vacib buyurmuşdur.

Beləliklə, deyə bilərik ki, isti yay günlərində oruc tutmaq qətiyyən ziyanlı və pis deyildir, onun üçün böyük bir savab da vardır. Imam Sadiq (ə) buyurur: “Hər kim isti gündə bir gün oruc tutar və çox susuz olar, Allah Təala min mələyi vəkil edər ki, əlini onun üzünə çəksinlər. Ona iftar zamanı müjdə versinlər. Allah Təala buyurar: “Nə qədər ətirlisən. Mələklərim! Şahid olun ki, Mən onu bağışladım”.

Geri dön