Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Muğam Mərkəzində “Etnik musiqi inciləri” layihəsi təqdim edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Muğam Mərkəzində “Etnik musiqi inciləri” layihəsi təqdim edildi

Muğam Mərkəzində “Etnik musiqi inciləri” layihəsi təqdim edildi


Beynəlxalq Muğam Mərkəzində "Etnik musiqi inciləri" adlı yeni layihə təqdim edilib. Mərkəzdən bildirilib ki, tədbir Azərbaycan və Rumıniya ölkələrinin diplomatik əlaqələrinin 25 illiyinə həsr olunub. Səhnəyə Rumıniyanın Bakıdakı səfiri Dan Lanku çıxaraq iki ölkə arasında olan diplomatik fəaliyyət və davam edən mədəni və siyasi əlaqələrdən danışıb.

Sonra Rumıniyadan gələn ifaçılar Diana Lavriç Parqel və Daniel Pop öz milli musiqilərini təqdim ediblər. Hər iki musiqiçinin ifasında Rumın kəndlisinin məhəbbəti, eşqə sədaqəti, kədəri və sevinci musiqi vasitəsilə əks etdirilib.

İfaçı Diana Lavriç Parqel əslən Rumıniyalıdır. O, Cobza (kiçik ud) alətində əsasən rumın xalq mahnılarını ifa edib.

Daniel Pop isə fleyta, truba və volinkada ifa edir. Onun repertuarına XIX əsr etnik rumın musiqisi ilə müasir musiqinin sintezi daxildir. Hər iki ifaçının Bakıya ilk səfəridir.

Daha sonra səhnəyə Azərbaycan muğam ifaçıları Hüseyn Məlikov (xanəndə), Əməkdar artist Sahib Paşazadə (tar), Əməkdar artist Togrul Əsədullayev (kamança), Emin Cəbrayıl (nağara) çıxaraq Rumıniya ifaçıları ilə birlikdə çıxış ediblər.

Gecədə qonaq qismində ABŞ, Meksika, Fransa, Moldova , İsrail və digər səfirliklərin Bakıdakı nümayəndələri iştirak ediblər.

Geri dön