Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mete xanın Çin imperatoruna məktubu - Əlahəzrət mənim və hunlarımın Çin səddinə yaxınlaşmağımızı istəmirsə, elçimin oraya gəlişinə qədər geri çəkilsin
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi > Mete xanın Çin imperatoruna məktubu - Əlahəzrət mənim və hunlarımın Çin səddinə yaxınlaşmağımızı istəmirsə, elçimin oraya gəlişinə qədər geri çəkilsin

Mete xanın Çin imperatoruna məktubu - Əlahəzrət mənim və hunlarımın Çin səddinə yaxınlaşmağımızı istəmirsə, elçimin oraya gəlişinə qədər geri çəkilsin


Beləliklə, bu silsilədən növbəti məktub, Necdet Bayraktaroğlunun “Tariximizdəki möhtəşəm məktublar” kitabından götürdüyümüz Hun imperatoru Mete xanın Çin imperatoruna yazdığı məktubu və məktubun yazılmasına səbəb olan tarixi olayı təqdim edirik:

Mete xan Hun imperatoru Teoman xanın oğludur. Teoman xan e.ə. 200-cü ildə hunları bir yerə toplayaraq, tarixdə ilk türk dövlətini qurub. Atasının yerinə imperator olan Mete xan 35 il hökmdarlıq etdi. Ölkəsinin sərhədlərini Xəzər dənizindən Sakit okeanın sahillərinə qədər genişlətdi. Mete xan Çin ilə Xan sülalələri arasındakı qarışıqlıqdan istifadə edərək e.v. 202-ci ildən etibarən hər il Çinə yürüş etdi. Quzey Çinin Şansi əyalətini ələ keçirdi. Sonra Çin Səddini keçib 300 min nəfərdən ibarət Çin ordusunu məğlub edərək onları çıxılmaz vəziyyətdə qoydu. Məğlub olan Çin imperatoru ona illik vergi verəcəyinə söz verdi. Quzey əyalətlərindən isə vergi alaraq, onları sərbəst buraxdı.

Mete xanın Çin imperatoruna yazdığı məktub onun imperator kimi gücünün böyüklüyünü göstərir:

“Yay çəkə bilən bütün qövmlər bir ailə kimi birləşdilər. Quzeydəki ölkələrin hamısı hakimiyyətim altındadır. Ölkəmin nizam-intizamı və təhlükəsizliyini təmin etdim. Hər kəs dinclik şəraitində yaşayır. Göndərdiyim bir dəvə, iki cins at, dörd araba və səkkiz qoşqu atını qəbul etməyini xahiş edirəm. Əgər əlahəzrət mənim və hunlarımın Çin səddinə yaxınlaşmağımızı istəmirsə, elçimin oraya gəlişinə qədər geri çəkilsin”.

Məktubunda həm kübar, həm də sərt ifadələr işlədən Mete xan Çin imperatorundan işğal etdiyi quzeydəki torpaqlardan çəkilməsini tələb edir. Bu tələbdən sonra çinlilər hunların istəklərinin yerinə yetirmək məcburiyyətində qalırlar. Hunların yaşadıqları ucsuz-bucaqsız çöllüklər əkinçilik üçün əlverişli deyildi. Əsasən heyvandarlıqla məşğul olurdular. Adətən at və qoyun saxlayırdılar. Heyvanlarını bəsləmək üçün yaylaq və qışlaq arasında həyat sürürdülər. Hun iqtisadiyyatı üçün ticarət çox önəmli idi. Çindən başlayan və Asiyadan keçərək, Qaradənizə qədər olan İpək yolu çinlilər və hunlar arasında uzun illər davam edən müharibələrə səbəb olmuşdu.

Mete xan Çini fəth etdikdən sonra orada qalmadı. Çünki çöllükdə daim sülhün olmasını istəyirdi. Onun Çinə qarşı tətbiq etdiyi siyasət etimadsızlıq prinsipi üzərində qurulmuşdu. Mete xanın Çin siyasəti bunlardan ibarət idi: heç bir halda Çində yaşamamaq və oradan uzaq durmaq; Çini təzyiq altında saxlayaraq güclənməsinə imkan verməmək; Çindəki bazarları daim fəal saxlamaq.

Bundan başqa Mete xan Çinlə əldə olunmuş sülhün uzun ömürlü olması üçün Çin sarayı ilə Hun sarayı arasında qohumluq bağlarının qurulmasına da önəm verirdi. Mete xandan başlayaraq, Çin şahzadələri ilə Hun xaqanlarının evlənməsi ənənə halını aldı. Mete xan bu evliliklərin hər iki toplum arasındakı siyasi və ticari əlaqələrə müsbət təsir edəcəyini düşünürdü. Həmin əsnada Mete xanın xanımı da çinli idi.

Çin hökmdarı Kao-Tsu öldükdən sonra ölkəni yaşlı kraliça Lü idarə edirdi. Mete xan da bu fürsətdən yararlanmaq istəyərək kraliça ilə evlənmək qərarına gəlir. Çünki bu evliliyin Hun-Çin əlaqələri baxımından faydalı olacağını düşünürdü. Düşünürdü ki, belə bir addımla Çində məskunlaşmadan oranı möhkəm nəzarət altında saxlaya biləcək. Bu düşüncələrlə də kraliça Lüyə məktub yazır. 2200 il öncə yazılan eşq məktubunda oxuyuruq:

“Mən Mete xan.

Mən artıq yalnız və ayaqlarım üstündə dura bilməyən bir hökmdaram. Çaylar və göllər arasında doğuldum. Sığırlar və atlar arasında geniş ovalıqlarda böyüdüm. Tez-tez Çin sərhədinə gəldim. İndi də Çini ziyarət edib, gəzib-dolaşmaq istəyirəm. Siz əlahəzrət də bir dul olaraq, yalnız yaşayırsınız. Mən də təkbaşına ayaqları üzərində dura bilməyən biri olaraq, demək olar ki, yalnız yaşayıram. Bizlər, yəni iki hökmdar üçün artıq hansısa xoşbəxtlik qalmayıb. Təsəlli və zövq alacaq nəsnə də yoxdur. Sizin nəyiniz varsa, onu alaraq, nəyiniz də yoxdursa, onu da verərək qarşılıqlı dəyişdirmək istəyirəm”.

Mete xanın bu məktubu Çin sarayında şok təsiri yaratmışdı. Belə bir evliliyin hansı anlama gəldiyini hər kəs yaxşı bilirdi. Kraliça da öz növbəsində güclü və təhlükəli qonşusunu qırmamaq üçün ona bir məktub yazdı. Saçları və dişləri tökülmüş ixtiyar bir qadın olduğunu, Mete xan kimi bir hökmdara layiq olmadığını bildirərək, göndərdiyi hədiyyə və cariyəni qəbul etməsini xahiş edir. Kraliçanın kübarcasına yazılmış məktubunu oxuyandan sonra Mete xan evlilik məsələsində israr etmədi:

Kraliça Lünün Mete xana cavabı:

“Hun imperatoru mənim aciz dövlətimi unutmayıb. Eyni zamanda məktub yazmağı da düşünüb. Ancaq indi isə mənin alçaq könüllü dövlətim qorxu və dəhşət içindədir. Özüm çox ixtiyarlamışam, həm də nəfəs darlığım var. Saçlarım və dişlərim də tökülür. Yeriyərkən ayaqlarım normal addımlarını itirib. Əlahəzrət Hun imperatoru, yəqin ki, mənim haqqımda sizə doğru məlumat verilməyib. Bundan sonra bizdən inciməyiniz doğru olmazdı. Bundan başqa, mənim aciz dövlətimin heç bir günahı yoxdur. Bütün bunlardan sonra sizdən üzr istəməyi məqbul bilirəm. Mən sizə layiq olmasa da, iki cüt ata qoşmaq üçün iki imperatorluq arabası göndərirəm. Onlara minib gəzə bilərsiniz”.

Təqdim etdi: Rəşad Sahil

Geri dön