Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Marneulidə Türkçülük Günü münasibəti ilə gənclərin iştirak etdiyi tədbir keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Marneulidə Türkçülük Günü münasibəti ilə gənclərin iştirak etdiyi tədbir keçirilib

Marneulidə Türkçülük Günü münasibəti ilə gənclərin iştirak etdiyi tədbir keçirilib


Marneulidə “Türkçülük Günü” münasibəti ilə gənclərin iştirak etdiyi tədbir keçirilib
Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəki AtaHoldinq idman sarayında Gürcüstan Azərbaycanlıları Gənclər İttifaqının (GAGİ) təşkilatçılığı ilə “Türkçülük Günü” münasibəti ilə tədbir keçirilib. Tədbiri GAGİ-nin rəhbəri Leyla Məmmədova açaraq “Türkçülük Günü” münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Tədbirdə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) sədri Sevil Yusifova, Türk iş adamı Ümid Ökmən, “Günəş” Assosiasiyasının rəhbəri Nizami Məmmədov, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə təşkilatının rəhbəri Musa Hacıyev, “Mtredi” təşkilatının rəhbəri Səbinə Talıbova, “ARDNŞ-in Gürcüstan nümayəndəliyinin mətbuat xidmətinin nümayəndəsi Çingiz Yaqubov, Yuxarı Oruzman kənd orta məktəbinin müəllimi Kamran Xıdırov, “Sarvan” folklor rəqs ansamblının rəhbəri Cəmilə Məmmədova və başqaları Türkün mərdliyindən, bir millət kimi həmişə ədalətli müdafiə etdiyindən, bir millət-iki dövlət olduğumuzdan, Azərbaycan tarixinin zənginliyindən, Azərbaycan-Türkiyə əlaqələrinin getdikcə möhkəmləndiriməsi və hər iki ölkənin xarici siyasətinin üst-üstə düşdüyü barədə fikirlər açıqlanıb. Çıxışçılar “Türkçülük Günü” bayramının hələ bir neçə gün də davam edəcəyini bildiriblər.
Tədbirdə iştirak edən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) sədri Sevil Yusifova çıxışında jurnalist-alim, Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” qəzetinin təsisçisi, “Qaragilə” mahnısının sözlərinin müəllifi, Azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın müəllifi Sona Vəliyevanın “Arazbarı” kitabı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, sonra bir neçə kitabı GAGİ-nin kitabxanasına bağışlayıb. S. Yusifova gələcək tədbirlərə Azərbaycandan tarixçi alimlərin, şair və yazıçıların da qatılacağını bildirib.
Tədbirdə çıxış edən gənclər bir sıra problemlərdən söhbət açaraq bildiriblər ki, Bolnisi rayonunda gəncləri birləşdirəcək heç bir təşkilat fəaliyyət göstərmir və bu rayonda Azərbaycanlıların Mədəniyyət Mərkəzi yoxdur.
Tədbirin sonunda 29 nəfər gəncə kompüter kurslarını bitirdikləri üçün sertifikatlar təqdim edilib.

Geri dön