Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Donald Tramp müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Donald Tramp müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Donald Tramp müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib


ABŞ Prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başa çatması münasibətilə təbrik edib.

Prezidentin təbriki Ağ ev tərəfindən yayılıb.

Təbrikdə qeyd olunur ki, ABŞ müsəlmanları müqəddəs Ramazan ayında bütün dünya müsəlmanları ilə birləşərək diqqəti xeyirxah işlərə yönəldirlər. Onlar bayramı ailələri və dostları ilə qeyd edərək, qonşulara yardım və çörəyi ən müxtəlif həyat tərzinə malik insanlarla bölüşmək kimi ənənələrə əməl edirlər.

“ABŞ bütün dünya müsəlmanları ilə birlikdə bu dəyərlərə sadiqliyini ifadə edir” – təbrikdə belə deyilir.

Geri dön