Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xəzərdə SOCAR-ın əməkdaşlarını daşıyan qayıq qəzaya uğrayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Xəzərdə SOCAR-ın əməkdaşlarını daşıyan qayıq qəzaya uğrayıb

Xəzərdə SOCAR-ın əməkdaşlarını daşıyan qayıq qəzaya uğrayıb


İyunun 28-də saat 13:50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirmiş 34 saylı meydançanın ayağına toxunub.

SOCAR-ın mətbuat xidmətindən bildiriblər ki, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Geri dön