Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” komandasının texniki heyəti təkmilləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” komandasının texniki heyəti təkmilləşib

“Traxtur” komandasının texniki heyəti təkmilləşib


Təbrizin “Traxtur” futbol komandasında yeni məşqçi təyinatı olub.

Komandanın baş məşqçisi Yəhya Gülməhəmmədi “Zob Ahən”, “Neft” və “Perspolis” komandalarında əməkdaşlıq etdiyi Müctəba Hüseynini özünə köməkçi kimi “Traxtur”a dəvət edib. Müctəba Hüseyni isə həmkarının dəvətini qəbul edərək Təbrizə gəlib və “Traxtur” klubu ilə müqavilə imzalayıb. O artıq komandanın keçirdiyi məşqdə də iştirak edib.

Müctəba Hüseyni İsfahanın “Zoh Ahən” komandasının keçmiş baş məşqçisidir.

Yeni məşqçinin “Traxtur” oyunçularına təqdim olunması ilə artıq komandanın 17-ci super liqa yarışları üçün texniki heyəti təkmilləşib.

“Traxtur”un texniki heyətinin kadrları:

Baş məşqçisi: Yəhya Gülməhəmmədi

Məşqçilər: Müctəba Hüseyni, Cavad Mənafi və Əlirza Pejman

Qapıçılar üzrə məşqçi: Jose Mendez

Fitnes üzrə məşqçi: Məzahir Rəhimpur

Analizator: Məhəmməd Əsgəri

Həkim: Doktor Məcid Sadiqi

Müdir: Kazim Mahmudi

Bu arada iyunun 4-dən 14-dək Tehranda təlim-məşq toplanışında olacaq “Traxtur” komandasının hansı komandalarla yoldaşlıq görüşü keçirəcəyi məlum olub.

“Traxtur” saytlarında yayılan məlumata görə, Azərbaycan komandası iyulun 8-də “Neft-i Süleyman”, iyulun 11-də “Ümid” və toplanışın son günündə “Sepahan” komandası ilə qarşılaşacaq.

Geri dön