Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nasir Xülusi 6 il həbs cəzasına məhkum edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Nasir Xülusi 6 il həbs cəzasına məhkum edilib

Nasir Xülusi 6 il həbs cəzasına məhkum edilib


Urmiyə Məhkəməsinin 2-ci Şöbəsi azərbaycanlı milli-mədəni fəal Nasir Xülusini saxta ittihamlarla 6 il həbs cəzasına məhkum edib.

Məhkəmənin ağır həbs hökmü ilə üzləşən fəal, fevral ayında mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb.

Hakimin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi və digər təhlükəsizlik orqanlarının təzyiqi altında qərar verdiyi bildirilir.

Nasir Xülusi 6 illik həbsinə dair çıxarılan məhkəmə hökmünü olduqca ədalətsiz və qəbuledilməz qərar adlandırıb. “Azərbaycanlılar əleyhinə çıxarılan ağır məhkəmə qərarları hansı qanun və şəriətə uyğundur?! Azərbaycan gənclərini ədalətsiz bir şəkildə həbs etdiyinizə görə vicdanınız necə rahatdır?!”- deyə Nasir Xülusi təhlükəsizlik qüvvələri, müstəntiq və dosyesinin hakiminə xitabən bildirib.

Mühəndis Nasir Xülusi 2017-ci il yanvarın 23-də Təbrizdən Urmiyəyə gələrkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O Təbriz İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Təhlükəsizlik Bölümünün təknəfərlik məhbəsində 21 gün saxlandıqdan sonra fevralın 13-də Təbriz zindanının karantin bölümünə köçürülüb.

Azərbaycanlı fəal fevralın 27-də 500 milyon tümənlik ağır mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.

Son vaxtlar İran rejiminin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri artıb, hazırda çox sayda fəal təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının saxta ittihamları əsasında İran zindanlarında məhbus həyatı yaşayır.

Geri dön