Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hindistan İrandan idxal etdikləri neftin həcmini 20 faiz azaldacaqlarını bildiriblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Hindistan İrandan idxal etdikləri neftin həcmini 20 faiz azaldacaqlarını bildiriblər

Hindistan İrandan idxal etdikləri neftin həcmini 20 faiz azaldacaqlarını bildiriblər


Hindistanın neft-kimya şirkətlərinin nümayəndələri jurnalistlərə açıqlamalarında İrandan idxal etdikləri neftin həcmini 20 faiz azaldacaqlarını bildiriblər.

Bu açıqlama ABŞ dövlət katibi Hillari Klintonun Yeni Dehliyə səfərindən və bu ölkə rəsmiləri ilə müzakirəsindən bir gün sonraya təsadüf edir.

“Media forum” saytının məlumatına görə, Hindistanın neft-kimya şirkətlərinin nümayəndələri deyiblər ki, onların ölkəsi həmişə İrandan aldığı illik 17,5 milyon ton neftin həcmini bu il 14 milyon tona qədər azaldacaq.

Hindistan mənbələrinin xəbərinə görə, İranla ticarət mübadiləsinin rupi əsasında aparılması prosesini asanlaşdırmaq üçün İranın “Parsiyan” Bankının filialının Mumbayda açılması məsələsi də gündəlikdən çıxarılıb. Buna ABŞ-ın Hindistana etdiyi təzyiqin səbəb olduğu vurğulanır.

Geri dön