Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşıb

Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşıb


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 48,48 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,68 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 47,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,69 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 5-də 45,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,75 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 5-də 47,63 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,66 dollar/barel azdır.

Geri dön