Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ayətullah Lüfullah Safi Qolpayeqani Almaniyada mühacirətdə yaşayan məşhur gənc repçi Şahin Nəcəfinin mürtədliyi haqda fitva verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Ayətullah Lüfullah Safi Qolpayeqani Almaniyada mühacirətdə yaşayan məşhur gənc repçi Şahin Nəcəfinin mürtədliyi haqda fitva verib

Ayətullah Lüfullah Safi Qolpayeqani Almaniyada mühacirətdə yaşayan məşhur gənc repçi Şahin Nəcəfinin mürtədliyi haqda fitva verib


İranın iqtidaryönlü ruhanilərindən olan ayətullah Lüfullah Safi Qolpayeqani Almaniyada mühacirətdə yaşayan məşhur gənc repçi Şahin Nəcəfinin mürtədliyi haqda fitva verib.Şahin Nəcəfinin mürtəd sayılması İmam Nağı haqda yenicə oxuyub yaydığı mahnı ilə bağlıdır.

Ayətullah Safi Qolpayeqani tərəfdarlarından birinin ona verdiyi “Təəssüflər olsun ki, son vaxtlar xaricdə yaşayan bəzi əks-inqilabçılar virtual aləmdə, yəni internetdə, saytlarda və ya öz bloqlarında açıq-aşkar bizim məzlum imamımız sayılan İmam Nağını təhqir edir, ona cəsarət edirlər. Bu kimi şəxslərin hökmü nədir?”

Axund Safi Qolpayeqani həmin suala belə cavab verib: “Əgər həzrəti təhqir ediblərsə, mürtəd sayılırlar”.

İrandakı islam cəza qanunlarına görə, mürtədlikdə günahlandırılan şəxsin qətlə yetirilməsi vacibdir və bu kimi şəxslərə ölüm hökmü çıxarılır. Safi Qolpayeqaninin bu fitvasından sonra hakimiyyət tərəfdarı olan ayrı-ayrı qüvvələr internet saytlarında yazılar dərc edərək gənc repçi Şahin Nəcəfini qətlə yetirmək üçün hazır olduqlarını bildiriblər.

Geri dön