Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Antiperspirantdan düzgün istifadə edin ki, ziyanı olmasın
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Antiperspirantdan düzgün istifadə edin ki, ziyanı olmasın

Antiperspirantdan düzgün istifadə edin ki, ziyanı olmasın


Müasir insanı antiperspirantsız təsəvvür etmək mümkün deyil. Antiperspirantın istifadəsi adi gündəlik gigiyenik prosedurlardan biridir.

Bu vasitə insanlara özlərini daha rahat və arxayın hiss etməyə imkan verir. Lakin insanların əksəriyyəti bilmir ki, bu vasitədən süi-istifadə edilməsi onların sağlamlığına zərər yetirə bilər.

Tərləmə təbii bir prosesdir ki, bunun nəticəsində insan orqanizmi toksiki maddələrdən azad olur. Digər tərəfdən tərləmə insanın normal bədən hərarətinin saxlanmasına kömək edir. Tər xüsusi tər vəzilərindən ifraz olunur. Tər vəziləri insan dərisinin bütün səthi boyu yerləşir, bəzi yerlərdə bu vəzilərin sayı daha az, bəzi yerlərdə isə (məsələn, qoltuğaltı, alın, pəncə nahiyələrində) daha çox yerləşir. Antiperspirantın tərkibində olan maddələr (əsasən - allüminium xlorhidratı) tər vəzilərini qapayır və nəticədə tər buradan ifraz olunmur.

Düzgün seçilməmiş və ya ucuz, keyfiyyətsiz antiperspirant və həmçinin antiperspirantdan süi-istifadə edilməsi insanın səhhətinə mənfi təsir edə bilər. Belə ki,

- Antiperspirant allergik reaksiyaya səbəb ola bilər. Bu halda qoltuğaltı hissələrdə qaşınma olur, dəri qızarır. Bu antiperspirantdan imtina edin, onu digəri ilə əvəz edin. Dərisi çox həssas olan insanlara bir çox növ antiperspirantlar uyğun gəlməyə bilər. Bu halda xüsusi həssas dəri üçün olan antiperspirantlardan istifadə etmək olar.

- Antiperspirantdan süi-istifadə edən insanlarda və ya keyfiyyətsin antipersperantların istifadəsi nəticəsində hidradenit inkişaf edə bilər. Bu tər vəzilərinin axarlarının iltihabıdır. Hidradenitin simptomları - qoltuğaltı nahiyəsində kiçik düyünlərin (şişlərin) əmələ gəlməsi, ağrı və narahatçılıq. Xəstəlik inkişaf etdikcə ağrılar şiddətlənir, hərarət arta bilər, proses burada yerləşən limfa düyünlərinə keçə bilər, bu nahiyədə abses (irinlik) yarana bilər. Fəsadlaşmış hidradenit cərrahiyyə yolu ilə müalicə olunur.

- Antiperspirant piqment ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.

Bütün bunlardan uzaq olmaq üçün antiperspirantlardan düzgün istifadə etmək lazımdır:

- Antiperspirant yalnız qoltuğaltı nahiyələrində istifadə oluna bilər.

- Dəridə yara, cızıq və s. olduqda antiperspirantdan istifadə etmək olmaz.

- Antiperspirant yalnız gündə 1 dəfə təmiz və quru dəriyə vurula bilər.

- Epilyasiyadan sonra bir neçə müddət ərzində (bu haqda həkimlə məsləhətləşin!) antiperspirantdan istifadə etmək olmaz.

- İdman zalına, saunaya getdikdə antiperspirantdan istifadə etmək olmaz.

- Çimərliyə, solyariya getdikdə antiperspirantdan istifadə etməyin - bu piqment ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.

- Gecə yatmamışdan əvvəl antiperspirantı dəridən mütləq yuyun.

Geri dön