Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda nümunəvi qəbiristanlıqlar olacaq: Ölçülər, cığırlar, yollar, yazılar...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Azərbaycanda nümunəvi qəbiristanlıqlar olacaq: Ölçülər, cığırlar, yollar, yazılar...

Azərbaycanda nümunəvi qəbiristanlıqlar olacaq: Ölçülər, cığırlar, yollar, yazılar...


Azərbaycanda nümunəvi qəbiristanlıqlar, qəbirlərin hündürlüyü, yazıları barədə yeni sənəd hazırlanır.

Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa məlumat verib.

Deputat bildirib ki, qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.

“Sənəddə göstərilib ki, qəbiristanlıqlar, məzar yerləri, başdaşları hər yerdə eyni cür və eyni qiymətə olmalıdır”.

Deputat qeyd edib ki, yeni qanun layihəsində qəbirsanlıqlarla bağlı standartlar müəyyən olunacaq.

“Qəbirlərin ölçüləri, cığırlar, yollar, yazılar və s. sənəddə öz əksini tapacaq. Həmçinin yeni qanun layihəsində şəhid məzarları ilə bağlı bəndlər də öz əksini tapacaq. Sənəddə nümunəvi qəbiristanlıqların idarə olunmasına, onların qorunmasına, təmiz saxlanılmasına diqqət ayırılıb”.

Fazil Mustafa onu da əlavə edib ki, nümunəvi qəbiristanlıqlar bütün respublikanı əhatə edəcək.

Geri dön