Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya Azərbaycana satdığı 64 hərbi helikopteri bu ilin sonunadək Bakıya çatdıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Rusiya Azərbaycana satdığı 64 hərbi helikopteri bu ilin sonunadək Bakıya çatdıracaq

Rusiya Azərbaycana satdığı 64 hərbi helikopteri bu ilin sonunadək Bakıya çatdıracaq


Rusiya Azərbaycanla 2010-cu ildə bağlanmış müqavilələr üzrə bu ilin sonunadək Bakıya 64 ədəd hərbi helikopterin çatdırılmasını yekunlaşdıracaq.
Rusiya KİV-nin verdiyi məlumata görə, müqavilələrin icrası ilə hazırda Rusiyanın «Oboronprom» Konserninin nəzarəti altında olan iki müəssisə – «Kazan Vertolyot Zavodu» və «Rosvertol» (Rostov-Donda yerləşir) şirkətləri məşğul olur.
Helikopterlərin çatdırılmasına ötən ilin sonlarından başlanıb.
Müqavilə üzrə çatdırılacaq helikopterlərin 40 ədədi Mi-17-V1 tipli hərbi-nəqliyyat, 24-ü isə Mi-35M tipli döyüş helikopteridir.
Bu, Azərbaycan və Rusiya arasında hərbi aviasiya vasitələrinin alğı-satqısına dair imzalanmış ən böyük müqavilədir.

Geri dön