Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gündən V qrupa sənəd verənlər üçün ixtisas seçiminə başlanılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Sosial, Gənclik > Bu gündən V qrupa sənəd verənlər üçün ixtisas seçiminə başlanılır

Bu gündən V qrupa sənəd verənlər üçün ixtisas seçiminə başlanılır


Bu gündən ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçiminə başlanılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, seçim avqustun 10-dək aparılacaq.

Qeyd olunan abituriyentlər avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər iki qrupun ixtisaslarını seçə bilərlər.

Geri dön