Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə anti-terror əməliyyatı zamanı 2 nəfər həlak olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Türkiyədə anti-terror əməliyyatı zamanı 2 nəfər həlak olub

Türkiyədə anti-terror əməliyyatı zamanı 2 nəfər həlak olub


Türkiyənin Trabzon əyalətində PKK-ya qarşı əməliyyat keçirilib.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, əməliyyat zamanı 1 hərbçi və 2 mülki şəxs yaralanıb.

Məlumata əsasən, yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq hərbçinin və 1 mülki şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Geri dön