Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu olub.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu olub.

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu olub.


Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının yeddinci günündə Ramil Quliyev 200 metr məsafəyə qaçışda finişə 20,09 saniyə ilə birinci çatıb. Beləliklə, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub.

İkinci yeri 20,11 saniyə nəticə ilə Cənubi Afrika Respublikasının idmançısı Vayde Van Nikerk, üçüncü yeri isə eyni göstərici ilə Trinidad atleti Jerim Riçards tutub.

Qızıl medal qazanan həmyerlimiz çempion tituluna yiyələndikdən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurub.

Qeyd edək ki, 2011-ci ilədək Ramil Quliyev Azərbaycanı təmsil edib, sonra isə Türkiyə millisində çıxış etməyə başlayıb.

Geri dön