Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Yatmış gözəl” baleti Vladivostokda Eldar Əliyevin quruluşunda təqdim ediləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Afişa, Bildiriş > “Yatmış gözəl” baleti Vladivostokda Eldar Əliyevin quruluşunda təqdim ediləcək

“Yatmış gözəl” baleti Vladivostokda Eldar Əliyevin quruluşunda təqdim ediləcək


Sentyabrın 7-8-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində P.Çaykovskinin “Yatmış gözəl” baleti nümayiş etdiriləcək.

Teatrın saytı xəbər verir ki, xoreoqrafiyası Marius Petipanın (1818-1910) olan balet Konstantin Sergeyevin (1910-1992) və Eldar Əliyevin redaktəsində təqdim ediləcək. Baletin Primorsk səhnəsində premyerası 2017-ci il mayın 26-da olub.

Bakıda anadan olan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin olunub. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

Qeyd edək ki, Mariya Teatrının Primorsk səhnəsi Uzaq Şərqdə ən müasir və Rusiyanın ən gənc teatrlarından biridir.

Geri dön