Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > SOCAR “Gazprom” və “Rosneft” ilə müzakirələr aparıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > SOCAR “Gazprom” və “Rosneft” ilə müzakirələr aparıb

SOCAR “Gazprom” və “Rosneft” ilə müzakirələr aparıb


SOCAR “Gazprom” və “Rosneft” şirkətləri ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev işçi səfərlə Sankt-Peterburqa gedib. Avqustun 21-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Gazprom” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleksey Millerlə, sonra isə “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşləri olub.

Görüşlər zamanı SOCAR ilə “Qazprom” və “Rosneft” şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, ətraflı fikri mübadilələri aparılıb.

Geri dön