Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhəmmədrəsul Məcidov səkkizdəbir finala vəsiqə qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Məhəmmədrəsul Məcidov səkkizdəbir finala vəsiqə qazanıb

Məhəmmədrəsul Məcidov səkkizdəbir finala vəsiqə qazanıb


Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın ikinci günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Azərbaycan Boks Federasiyasından bildirilib ki, 91 kiloqramdan artıq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Kumar Satişla (Hindistan) üz-üzə gəlib. Qarşılaşma ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. M.Məcidov rəqibini 5:0 hesabı ilə məğlub edib.

Boksçumuz səkkizdəbir finalda iordaniyalı Hüseyn İşayşlə qüvvəsini sınayacaq. Döyüş avqustun 28-də keçiriləcək.

Geri dön