Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Macarıstan Azərbaycanla münasibətləri uzunmüddətli tərəfdaşlıq səviyyəsinədək yüksəltmək istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Macarıstan Azərbaycanla münasibətləri uzunmüddətli tərəfdaşlıq səviyyəsinədək yüksəltmək istəyir

Macarıstan Azərbaycanla münasibətləri uzunmüddətli tərəfdaşlıq səviyyəsinədək yüksəltmək istəyir


Macarıstan Azərbaycanla münasibətləri uzunmüddətli tərəfdaşlıq səviyyəsinədək yüksəltmək niyyətindədir.

Bunu müsahibəsində Macarıstan dövlət katibinin müavini Jolt Çutora deyib.

O qeyd edib ki, iki ölkə arasında möhkəm siyasi münasibətlər mövcuddur:

"Hesab edirik ki, bizim tərəfdaşlıq münasibətlərimiz həm ikitərəfli formatda, həm də Aİ səviyyəsində strateji xarakter daşıyır. İkitərəfli münasibətlər ən yüksək səviyyədə davam edir".

Onun sözlərinə görə, lakin ölkələr arasındakı iqtisadi münasibətlər mövcud potensiala və siyasi əməkdaşlığın intensivliyinə cavab vermir:

"Ona görə də biz iqtisadi münasibətləri möhkəmləndirməyə çalışırıq. Biz gözləyirik ki, bu ilin oktyabrında Budapeştdə keçiriləcək danışıqlar hər iki ölkənin maraqlarına cavab verən "biznes üçün biznes" tipli münasibətlərin fəallaşmasına yeni təkan verəcək".

Dövlət katibinin müavini bildirib ki, Macarıstanda Azərbaycan investisiyaları üçün əlverişli imkanlar mövcuddur: "Macarıstan bazarı sərfəli vergi imkanları, ixtisaslaşmış işçi qüvvəsi, yüksək səviyyəli logistika infrastrukturu təklif edir və azərbaycanlı investorlar üçün Avropaya körpü rolunu oynaya bilər".

J.Çutoranın sözlərinə görə, Macarıstan Azərbaycanı, həmçinin ölkənin və ümumilikdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaş hesab edir:

"Biz şadıq ki, Azərbaycan qazı bir neçə il sonra Avropaya tədarük ediləcək. Biz Macarıstanın Azərbaycan qazına giriş əldə edə bilməsi üçün regionumuzda "Şimal-Cənub" interkonnektorunun yaradılması üzərində işləyirik".

O qeyd edib ki, Macarıstanın MOL neft şirkəti ilə SOCAR arasındakı əməkdaşlığın uzun tarixi var:

"Hər iki tərəf qarşılıqlı səmərəli layihələrdə maraqlıdır. Bizim yaxın siyasi münasibətlərimiz strateji şirkətlər arasında əməkdaşlıq üçün lazımi çərçivələr yaradır".

Geri dön