Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov Beynəlxalq Teatr Festivalında
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Afişa > Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov Beynəlxalq Teatr Festivalında

Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov Beynəlxalq Teatr Festivalında



Yuğ Dövlət Teatrı beynəlxalq münasibətlərin, qarşılıqlı yaradıcılıq mübadiləsinin inkişafı istiqamətində işlərini davam etdirir. Teatrın direktoru Tərlan Rəsulov 30 avqust - 6 sentyabr tarixlərində İranda keçirilən VI Beynəlxalq Ənənə və Ritual Teatrı adlı Festivalda iştirak etmək üçün hazırda Tehrandadır. Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilən eyniadlı Seminarda (30-31 avqust tarixlərində) T.Rəsulov “Ritual tamaşasında spontan ifaçılıq texnikası” (Spontaneous acting in the ritual performance) adlı məruzə ilə çıxış edib. Qeyd edək ki, seminarda Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrindən – Efiopiya, Bolqarıstan, Portuqaliya, Fransa, Malayziya, Belçika, Kanada və İrandan nüfuzlu teatr xadimləri iştirak edir.


Geri dön