Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Opera və Balet Teatrı mövsümü “Leyli və Məcnun” operası ilə açacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Afişa > Opera və Balet Teatrı mövsümü “Leyli və Məcnun” operası ilə açacaq

Opera və Balet Teatrı mövsümü “Leyli və Məcnun” operası ilə açacaq


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni -109-cu teatr mövsümünü sentyabrın 19-da Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq.

Teatrdan bildirilib ki, səhnə əsərində Məcnun rolunu Xalq Artisti Mənsum İbrahimov, Leyli obrazını isə gənc solist Arzu Əliyeva ifa edəcək.

Tamaşada digər rolları Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov, Sabir Əliyev və başqaları canlandıracaq.

Səhnə əsərini dirijoru Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva idarə edəcək.

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq digər tamaşa - Q.Qarayevin “Yeddi gözəl” baleti isə sentyabrın 24-də təqdim olunacaq.

Geri dön