Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qurban Qurbanov: Oyunda yol verdiyimiz səhvləri aradan qaldırmalıyıq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Qurban Qurbanov: Oyunda yol verdiyimiz səhvləri aradan qaldırmalıyıq

Qurban Qurbanov: Oyunda yol verdiyimiz səhvləri aradan qaldırmalıyıq


“Çelsi” komandasını və baş məşqçi Antonio Konteni təbrik etmək istəyirəm. Bizim üçün çətin oyun oldu.

Bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Çelsi” ilə səfər qarşılaşmasından sonra təşkil edilən mətbuat konfransında deyib.

“Çelsi” komandasının olduqca gözəl oyun nümayiş etdirdiyini vurğulayan Qurban Qurbanov bildirib: “Mən əvvəlcə də demişdim ki, “Çelsi” bu turnirin favoritlərindən biridir. Oyunda çoxlu səhvlərə yol verdik. Lakin bu səhvlərimizi aradan qaldırmalıyıq. Komandamızın oyun tərzindən razıyam. Biz həmişə bu mötəbər turnirdə iştirak etmək istəmişik. UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etdiyimiz üçün çox məmnunuq”.

Geri dön