Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Öldürülüb yol qırağına atılan şəxsin meyitinin üzərindən avtomobillər keçib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Öldürülüb yol qırağına atılan şəxsin meyitinin üzərindən avtomobillər keçib

Öldürülüb yol qırağına atılan şəxsin meyitinin üzərindən avtomobillər keçib


Quba rayonunda qətl hadisəsi törədilib. APA-nın şimal bürosunun məlumatına görə, rayonun İsnovqışlaq kənd sakini, 1971-ci il təvəllüdlü Nemətov Eynulla Saleh oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqla qətlə yetirilib. Daha sonra onun meyiti Bakı-Quba yolunun kənarına atılıb. Hadisə gecə saatlarında baş verdiyindən magistral yolda hərəkət edən bir neçə avtomobil E. Nemətovun cəsədinin üzərindən keçib. Hazırda Quba rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

Geri dön