Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan gömrük proseduralarında operativlik və şəffaflığı artıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan gömrük proseduralarında operativlik və şəffaflığı artıracaq

Azərbaycan gömrük proseduralarında operativlik və şəffaflığı artıracaq


Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatı, gömrük rəsmiləşdirilməsi proseslərində operativliyin və şəffaflığın daha da artırılması, gömrük rəsmiləşdirilməsi və nəzarət müddətinin mümkün qədər qısaldılması yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına əlverişli şərait yaradılması barədə komitə sədrinin müvafiq əmrinin icrası ilə bağlı geniş iclas keçirilib.
Komitədən verilən məlumata görə, iclasda DGK sədrinin birinci müavini Səfər Mehdiyev əmrin icrası ilə bağlı həyata keçiriləcək tədbirlərdən danışaraq gömrük rəsmiləşdirilməsi proseslərində operativliyin və şəffaflığın artırılmasının zəruriliyini diqqətə çatdırıb. S.Mehdiyev yerli gömrük orqanlarına konkret tapşırıqlar verərək bu istiqamətdə qarşıya çıxa biləcək hər hansı problemin dərhal aradan qaldırılmasının vacibliyini vurğulayıb. İclasda adı çəkilən əmrin icrası ilə bağlı müzakirələr və fikir mübadiləsi aparılıb.

Geri dön