Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Birliyinin liderləri Yunanıstanı avrozonada qalmağa çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, İqtisadiyyat > Avropa Birliyinin liderləri Yunanıstanı avrozonada qalmağa çağırıb

Avropa Birliyinin liderləri Yunanıstanı avrozonada qalmağa çağırıb


Avropa Birliyinin liderləri Yunanıstanı indiyədək əldə olunmuş razılıqlara əməl etməklə avrozonada qalmağa çağırıb.
“Reuters”in xəbərinə görə, AB ölkələrinin liderləri Brüsseldə keçirilən qeyri-formal sammitdə belə qərara gəliblər.
“Biz istərdik ki, Yunanıstan avrozonada qalsın. Ancaq yunanların əvvəllər əldə olunmuş razılaşmalara riayət etməsində israr edirik” - deyə Almaniya kansleri Angela Merkel bildirib.
Fransa prezidenti Fransua Olland da Yunanıstanın avrozonada qalmasının lehinə çıxış edib. O, Yunanıstanda iqtisadi artımın stimullaşdırılması üçün AB-nin struktur fondlarından istifadə etməyi təklif edib.
AB prezidenti Herman van Rompey də Yunanıstanın avrozonada qalmasını istəyib. O qeyd edib ki, 2010-cu ildən bəri AB və Beynəlxalq Valyuta Fondu Yunanıstan iqtisadiyyatının xilası üçün 350 mlrd. avro ayırıb: “Yunanlar avronun taleyi ilə bağlı qərarlarını iyunun 17-də keçiriləcək parlament seçkilərində verəcəklər”.

Geri dön