Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümün açılışına hazırlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Afişa > Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümün açılışına hazırlaşır

Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümün açılışına hazırlaşır


Azərbaycan Dövlət YUĞ Teatrı 29-cu mövsümün açılışına hazırlaşır. Kollektiv sentyabr ayının 20-də K.Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası ilə seyrçilərini salamlayacaq. Tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibaşçısı isə Amid Qasımovdur. Tamaşada əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edir. Tamaşa saat 19.00-da başlayacaq.
Teatrda sentyabr ayında “Medeya. Sekvensiya 01”, “Boy”, “Metamorfoza”, və “Sonuncu” tamaşaları nümayiş olunacaq.
YUĞ Teatrı cari mövsümdə Təranə Vahidin “Quş dili”, Qan Turalının “Polkovnikin üç günü”, H.İbsenin “Vahimə” əsərləri əsasında hazırlanan tamaşaları seyrçilərin diqqətinə təqdim etməyi planlaşdırır. Tamaşaların premyeraları oktyabr ayına nəzərdə tutulub.

Teatrın sentyabr ayına olan repertuarını təqdim edirik:

20.09.17 – “Səsimi unutma” (K.Abdulla)
21.09.17 – “Boy” (T.Əngin)
26.09.17 – “Metamorfoza” (S.Haqverdiyeva)
27.09.17 – “Sonuncu” (Pərvin)
28.09.17 – “Medeya. Sekvensiya 01” (V.Klim)

Teatrın mətbuat katibi Könül Əliyeva-Cəfərova
Tel.: 070 711 0485
e-mail: alizade86@mail.ru

pr.yugteatr@gmail.ru

Geri dön