Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qanvermə aksiyalarında 1722,3 litr QAN TOPLANDI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Qanvermə aksiyalarında 1722,3 litr QAN TOPLANDI

Qanvermə aksiyalarında 1722,3 litr QAN TOPLANDI


Azərbaycanda Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyası yekunlaşıb. Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın verdiyi məlumata görə, keçirilən qanvermə aksiyalarında 3827 nəfər qan verib. Qanvermə aksiyalarında 1722,3 litr qan toplanıb.
Qeyd edək ki, Aşura günü ilə bağlı respublikamızdakı aşağıdakı məscidlərdə qanvermə aksiyası keçirilib:

1. Yasamal rayon Təzə-pir məscidi
2. Yasamal rayon Hacı Soltanəli məscidi
3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi
4. Səbail rayon İçərişəhər Cümə məscidi
5. Suraxanı rayon Qaraçuxur məscidi
6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi
7. Nizami rayon Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhəri Cümə məscidi
9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi
10. Mingəçevir şəhər Heydər məscidi
11. Şəki şəhəri mərkəzi Cümə məscidi
12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi
13. Bərdə şəhəri Cümə məscidi
14. Nəsimi rayonu Əjdərbəy məscidi
15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi
16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi
17. Quba rayonu Ərdəbil məscidi

Geri dön