Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstan Prezidenti 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Qazaxıstan Prezidenti 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qazaxıstan Prezidenti 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb


Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev 28 May - Respublika Günü münasibətilə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə tərbik məktubu ünvanlayıb.
"Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan sosial-iqtisadi sahələrdə, dövlət quruculuğunda və beynəlxalq aləmdə böyük uğurlar əldə edib. Qazaxıstan və Azərbaycan arasındakı qardaşlıq və dostluq əlaqələrini nəzərə alaraq, ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə böyük potensialın olduğuna, həmçinin ölkələrimizin qarşılıqlı inam və anlayışa əsaslanan tərəfdaşlığının gələcəkdə də xalqlarımızın mənafeyi üçün intensiv inkişaf edəcəyinə tam əminəm. Bu fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə inkişaf və tərəqqi arzu edirəm", - məktubda deyilir.

Geri dön