Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Venesuela prezidenti Rusiya, Belarus və Türkiyəyə səfər edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Venesuela prezidenti Rusiya, Belarus və Türkiyəyə səfər edəcək

Venesuela prezidenti Rusiya, Belarus və Türkiyəyə səfər edəcək


Venesuela Prezidenti Nikolas Maduro "Rusiyanın enerji həftəsi" adlı enerjiyə qənaət və energetikanın inkişafı beynəlxalq forumunda iştirak etmək və Rusiya lideri Vladimir Putin ilə görüşmək məqsədi ilə Rusiyaya səfər edəcək.
Bu barədə Venesuela prezidentinin özü məlumat verib.
Onun sözlərinə görə, səfər zamanı V.Putin ilə çox əhəmiyyətli işgüzar görüş keçirəcək və iki ölkə arasında maliyyə, texnoloji və hərbi sahələrdəki əməkdaşlığı müzakirə edəcək.
N.Maduro Rusiyadan sonra Belarus və Türkiyəyə də səfər edəcəyini vurğulayıb. Onun sözlərinə görə, Belarusda mənzil tikintisi, sənaye inkişafı və ticarət sahələrində, Türkiyədə isə maliyyə, energetika, aqrar-sənaye və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Geri dön