Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > YUNESKO-nun baş direktoru postuna seçkilərin üçüncü turu nəticə verməyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > YUNESKO-nun baş direktoru postuna seçkilərin üçüncü turu nəticə verməyib

YUNESKO-nun baş direktoru postuna seçkilərin üçüncü turu nəticə verməyib


Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin üçüncü turu da nəticə verməyib.

Namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.

Seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Səsvermənin növbəti turu sabah baş tutacaq. Hazırda YUNESKO-nun baş direktoru postuna 5 ölkənin nümayəndəsi mübarizə aparır. Bunlar Qətər, Misir, Fransa, Çin və Livan təmsilçiləridir.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

Geri dön