Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Meşginşəhr Azad Universitetinin keçmiş rəisindən Kənd Təsərrüfatı nazirinə məktub: Ərdəbildə əkinçilik bərbad vəziyyətdə…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Meşginşəhr Azad Universitetinin keçmiş rəisindən Kənd Təsərrüfatı nazirinə məktub: Ərdəbildə əkinçilik bərbad vəziyyətdə…

Meşginşəhr Azad Universitetinin keçmiş rəisindən Kənd Təsərrüfatı nazirinə məktub: Ərdəbildə əkinçilik bərbad vəziyyətdə…


Meşginşəhr Azad Universitetinin keçmiş rəisi Dr. Bəhram Abbaszadə İranın Kənd Təsərrüfatı nazirinə açıq məktub yazaraq Ərdəbildə əkinçiliyin bərbad vəziyyətdə olduğunu bildirib.

Dr. Bəhram Abbaszadə vaxtı ilə Həsən Ruhaninin Meşginşəhrdə seçki qərargahının rəisi olub.

Məktubda islahatçılar dönəmində kənd təsərrüfatına diqqət yetirmədiyi ilə bağlı qeydlər xüsusi diqqət çəkir.

“Hörmətli nazir;

Ötən il açıq məktub vasitəsi ilə Muğanın kənd təsərrüfatı barəsində sizə məlumat çatdırdım. Bunun nəticəsində sizə bağlı olan bəzi məqamlar tərəfindən təhdid edildim, aramızdakı müqavilə isə dayandırıldı. Lakin mən bununla fəxr edirəm. Ona görə ki, fəhlələrin problemlərini bəyan etməklə vicdanım rahatdır.

Ola bilsin ki, kənd təsərrüfatı mafiyasının məqsədi Azərbaycanın kənd təsərrüfatını məhv etməkdir! Ola bilsin ki, düşmən saymadığımız qüvvələr bu işin arxasındadır. Bəlkə də düşmənlər Ərdəbilin kənd təsərrüfatını məhv etməyi çalışır, ama bizim bundan xəbərimiz yoxdur!

Cəban nazir, sizin Muğanda əkinçilik, bağların məhv olunması, heyvandarlığın vəziyyəti və pulsuz işçilərdən xəbəriniz varmı?! Mən əminən ki, sizin bu işlərdən xəbəriniz yoxdur. Əgər olsaydı bir tənqidçi islahatçını təhdid edib, onunla müqaviləni dayandırmazdınız. Bu şəhərin 70 faizi Həsən Ruhaniyə səs verib. Sizin elə bu şəhərdən olan parlament nümayəndəniz seçkilər dövrü çoxlu vədlər verib. Hazırda bağbanların problemi zamanı heç bilinmir ki, haradadır?!

Bu il Meşginşəhrdə məhsul oldu, ama düzgün idarəçilik olmadı. Artıq bağbanlar belə bir yoxsul vəziyyətə dözə bilmir. Sizin əyalətdəki nümayəndəniz isə ikinci peşə fikrindədir, o millət vəkilləri ilə sövdələşərək vəzifədə uzun illər qalmağa çalışır.

Bağbanların ağacları budamağa belə pulu yoxdur, hər işi nisyə pul hesabına görürlər. Onlar övladlarının universitet və cehiz xərclərini təmin etmək üçün gözlərini alma məhsulunun puluna tikmişdilər. Amma siz və müdirləriniz bunu da onlara çox gördünüz və bununla da Ərdəbilin kənd təsərrüfatının nəfəsini kəsdiniz.

Cənab nazir, indi əhaliyə nə deyək? 70 faizi Həsən Ruhaniyə səs verən əhaliyə 5 il sonra yenə də günahkarın Əhmədinejad olduğunu bildirək?!”- deyə məktubda qeyd olunub.

Geri dön