Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edildi

TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edildi


TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib. TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanın vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır.
TRT-nin Bakı təmsilçiliyindən verilən məlumata görə, 3 ildən bu yana Azərbaycanda fəaliyyət göstərən Yıldıray Arslan Azərbaycanın problemlərini, iqtisadi durumunu, mədəniyyətini, ədəbiyyatını hazırladığı yüzdən çox xəbər və proqramlarla TRT kanallarından dünyaya çatdırıb: “Y.Arslan Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir. Ulu öndər Heydər Əliyevdən ilk müsahibəni o illərdə məhz Y. Arslan almışdır. O, Oktyabr ayında Türkiyəyə qayıdacaq”.
TRT Bakı təmsilçiliyinin rəhbəri vəzifəsinə Murat Akkoç təyin edilib. M.Akkoç uzun müddət TRT AVAZ Kanal Koordinatoru olaraq fəaliyyət göstərərək Azərbaycan həqiqətlərinin TRT AVAZ kanali vasitəsi ilə Dünyaya çatdırılmasında müstəsna xidmətləri vardir.

Geri dön