Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Danimarkada parlament seçkilərində müxalifət qalib gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Danimarkada parlament seçkilərində müxalifət qalib gəlib

Danimarkada parlament seçkilərində müxalifət qalib gəlib


Danimarka hökumətinə ilk dəfə qadın rəhbərlik edəcək

Danimarka sol və mərkəzçi partiyalarının koalisiyası erkən parlament seçkilərində qalib gəlib. İlkin hesablamalara görə sol-mərkəzçilər yeni parlamentdə 89 yerə sahib olacaqlar.

Liberal, Mühafizəkar, Danimarka Xalq partiyalarından və Liberal alyansdan ibarət sağ-mərkəzçi koalisiya 10 illik hakimiyyətdən sonra cəmi 86 yer alaraq müxalifətə keçir.

Baş nazir Lars Lekke Rasmussen məğlubiyyətini etiraf edib və sol-mərkəzçi koalisiyanın lideri Xelle Torninq-Şmitti təbrik edib.

Beləliklə, Danimarkanın yeni hökumətini 44 yaşlı Xelle Torninq-Şmitt formalaşdıracaq. Torninq-Şmitt ölkənin tarixində ilk qadın baş nazir olacaq.

Geri dön