Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sədrəddin Soltan: İran-Azərbaycan münasibətlərindəki gərginlik təsadüfi deyil!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Sədrəddin Soltan: İran-Azərbaycan münasibətlərindəki gərginlik təsadüfi deyil!

Sədrəddin Soltan: İran-Azərbaycan münasibətlərindəki gərginlik təsadüfi deyil!


“İranı Azərbaycan dövlətinin varlığı narahat edir,” deyə Orta Doğu Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan Amerikanın Səsinə müsahibədə bildirib. İran-Azərbaycan münasibətlərindəki gərginlikləri şərh edən ekspert hazırkı duruma rəvac verən faktorlar sırasında İran hökumətinin azərbaycanlılarla bağlı yürütdüyü siyasəti, İslam təbliğatı altında Azərbaycanda sabitliyi pozmaq cəhdlərini və Azərbaycan dövlətçiliyinə qısqanc münasibətini sadalayıb. Sədrəddin bəy hesab etdiyini bildirib ki, Eurovision mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı ünvanalana ittihamlar bəhanə xarakter daşıyır və əslində İranın bütün qonşuları ilə münsaibətləri pisdir. Ekspert rəsmi Tehranın Azərbaycan dövlətini öz varlığına təhlükə kimi qiymətləndirdiyini və əlaqələrdəki gərginliyin İran hökumətinin ideoloji mahiyyətindən doğduğunu vurğulayıb.


Sədrəddin Soltanla müsahibənı aşağıdakı linkdən dinləyə bilərsiniz:

http://www.voanews.com/azerbaijani/news/Sdrddin-Soltan--155736845.html

Geri dön