Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 28 May- metro stansiyasının girişi 3 aylıq bağlanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > 28 May- metro stansiyasının girişi 3 aylıq bağlanır

28 May- metro stansiyasının girişi 3 aylıq bağlanır


Bakı Metropoliteninin paytaxtın mərkəzində yerləşən «28 May» stansiyasının əsas giriş-çıxışı təmirə bağlanır.
Stansiyanın Salatın Əsgərova küçəsində yerləşən giriş-çıxışı isə fəaliyyətini davam etdirəcək. Bunu Metropolitenin baş mühəndisi Elbrus Muradov bildirib.
Onun sözlərinə görə, təmir işləri iyunun 10-dan başlayacaq və sentyabra qədər, yeni tədris ilin başlanmasına davam edəcək. Bu işlər çərçivəsində stansiyanın girişi təmir ediləcək və buradakı eskalatorlar dəyişdiriləcək.
E.Muradov hazırkı eskalatorların istismar müddətinin başa çatdığını bildirib: «Onlar «İçərişəhər» stansiyasında olduğu kimi daha müasir, Almaniya istehsalı olan eskalatorlarla əvəz ediləcək».
Təmir işləri nəticəsində stansiyada əlavə eskalatorun quraşdırılması və onların sayının 3-dən 4-ə çatdırılması nəzərdə tutulub. Rəis müavininin sözlərinə görə, bu yenilik sərnişinlərin hərəkətini asanlaşdıracaq, stansiyanın sərnişin qəbul etmə və sərnişin buraxma qabiliyyətini yüksəldəcək.

Geri dön