Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İspan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > İspan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı

İspan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı


İspaniyanın məşhur idman nəşri Mundo Deportivo kobud səhv buraxıb.
Virtualaz.org bildirir ki, ispan KİV-i “Atletiko”nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ı “erməni klubu” adlandırıb.
“”Çolo”nun uşaqları (“Atletiko”nun baş məşqçisi Dieqo Simeonun ləqəbi – virtualaz.org) dünən gecə erməni “Qarabağ”ına qarşı oynadı – rəqib, hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq “Atletiko” qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını hirsləndirdi”, – deyə Mundo Deportivo yazıb.
Xatırladaq ki, “Qarabağ”-“Atletiko” matçı – çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz heç-heçə ilə nəticələnib.

Geri dön