Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran rejimi erməni quldurlarına 25 milyon avro yardim ayırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran rejimi erməni quldurlarına 25 milyon avro yardim ayırıb

İran rejimi erməni quldurlarına 25 milyon avro yardim ayırıb


İran 400 kilovat gərginlikli “İran-Ermənistan” üçüncü elektrik xəttinin tikintisi üçün 25 milyon avro əlavə kredit ayırıb.Ermənistanın “Yüksək gərginlikli elektrik xətləri” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Saak Abramyan belə açıqlama verib.Abramyan kredit müqaviləsinin bağlandığını və vəsaitin iyun ayında daxil olacağını vurğulayıb. Müqaviləyə əsasən, xəttin tikintisi vəsait daxil olduqdan sonra 18 ay ərzində başa çatdırılmalıdır.İran İxracat İnkişaf Bankı ümumi dəyəri 108 milyon avro təşkil edən layihə üçün nəzərdə tutulan vəsaitin çox hissəsini - 83 milyon avronu 2011-ci ilin sentyabr ayında ödəmişdi.Abramyan maliyyənin qalan hissəsini İranın hansı bankı ödəyəcəyini açıqlamayıb.

Geri dön