Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə İraqa humanitar yardım göndərir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Türkiyə İraqa humanitar yardım göndərir

Türkiyə İraqa humanitar yardım göndərir


Türkiyə hökuməti yanında Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İdarəsi İraqın şərqinə 70 əməkdaş və humanitar yardım göndərməyə hazırlaşır.
Bunu Türkiyə baş nazirninin müavinin Receb Akdağ bildirib.
Onun sözlərinə görə, İraqın şimalındakı antikonsitusion addım (sentyabrın 25-də bölgədə keçirilən “referendum”) zəlzələ baş verən rayonlara humanitar yardımdan imtinaya səbəb ola bilməz. Baş nazirnin müavini deyib ki, humanitar yardımla yüklənmiş təyyarələrin enəcəyi hava limanı müəyyənləşdirilir.
İnformasiyaya əsasən, xilasedicilərdən ibarət 30 nəfərlik qrup artıq Türkiyə-İraq sərhədindədir.
Bundan başqa, Türkiyə Qızıl Ay Cəmiyyətinin xətti ilə İraqa 3 min çadır göndəriləcək.
Qeyd edək ki, noyabrın 12-də İranla İraqın dövlət sərhədində 7,2 bal gücündə yeraltı təkanlar olub. Təbii fəlakət nəticəsində İranda 211 nəfər ölüb, 1600 nəfər isə yaralanıb. Zəlzələ nəticəsində İraqda 4 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb.

Geri dön