Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərab zavodunun qurbanı olan İrəvan Xan sarayının gizlinləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > Şərab zavodunun qurbanı olan İrəvan Xan sarayının gizlinləri

Şərab zavodunun qurbanı olan İrəvan Xan sarayının gizlinləri


Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın erməniləyin dağıtdığı İrəvan İrəvan xanlarının sarayı haqında olan yazısını təqdim edirik:

H.Linç Güzgülü zalın divarlarında kətan üzərində işlənmiş 8 tablo gördüyünü və onlardan ikisinin – İrəvan xanı Hüseynqulu xanın və onun solunda farsların qəhrəmanı Fəraməzin tablolarının öz kitabına daxil etdiyi şəkildə əks olunduğunu yazır. Müəllif divarlardakı digər portretlərdə Fətəli şahın, onun oğlu Abbas Mirzənin, İrəvan xanı Hüseynqulu xanın qardaşı Həsən xanın, qəhrəman döyüşçü personajları olan Zöhrabın və Rüstəm Zalın, habelə cəngavər bir qadının (amazonkanın) obrazlarını əks etdirən portretlərinin təsvir olunduğunu yazır.

Həmin dövrdə təsviri incəsənətin ən geniş yayılmış və inkişaf etmiş sahəsi memarlıq abidələrində öz əksini tapan divarüstü boyakarlıq olmuşdur. Avropa səyyahlarını və rəssamlarını valeh edən, tərif dolu təəssüratlarını yazmağa vadar edən də Xan sarayının memarlığından daha çox, onun zəngin bədii tərtibatı, divarlarını bəzəyən portret və süjetli kompozisiyalardan ibarət monumental boyakarlıq əsərləri olmuşdur.

İrəvan Xan sarayının daxili tərtibatı haqqında şahidlərin təsvirləri, rus rəssamı akademik Vladimir Moşkovun, etnoqraf və rəssam knyaz Qriqori Qaqarinin, fransız səyyahı və rəssamı Dübua de Monperenin çəkdikləri rəsm əsərləri, fotoqraf Dmitri Yermakovun, ingilis səyyahı Henri Linçin çəkdikləri fotolar sarayın bədii tərtibatı, divar rəsmlərinin məzmunu, forma və üslubu, professional sənətkarlıq və estetik xüsusiyyətləri haqqında fikir söyləməyə imkan verir.

Sənətşünaslıq doktoru Kərim Kərimov İrəvandakı Xan sarayının müxtəlif rəssamlar və fotoqraflar tərəfindən çəkilmiş şəkilləri əsasında sarayın memarlıq xüsusiyyətlərini və bədii tərtibatını sənətşünaslıq nöqteyi-nəzərindən təhlil etmişdir.

Şərab zavodunun qurbanı olan İrəvan Xan sarayının gizlinləri
K.Kərimov yazır ki, sarayın Güzgülü zalının və Yay köşkünün divarlarını bəzəyən ilkin rəsmlər həmin dövrdə mövcud olmuş kanonlara və ənənə yə əsaslanır. Sarayın divarlarının paneldən yuxarı səthində ki tağçalarda və tağçalararası pannolarda, bir qayda olaraq, həndəsi və stilizə edilmiş nəbati motivlərdən ibarət dekorativ kompozisiyalar, gül və çiçəklərin, heyvan və quşların canlı, real təsvirləri verilmişdir. Sarayın bədii tərtibatının əsasını portret təsvirləri və çoxfiqurlu süjetli kompozisiyalar təşkil edir. K.Kərimov daha sonra yazır ki, XIX əsrin ikinci yarısında həyata keçirilən təmir işlərinədək Xan sarayının bədii tərtibatında portret rəsmləri və onların arasında Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında ov və döyüş, kef məclisləri və məhəbbət səhnələrini əks etdirən süjetli kompozisiyalar daha çox olmuşdur. Həmin kompozisiyaların birində Rüstəm Zalın gənc döyüşçü ilə vuruşması, digərində onun tanımadan öz oğlunu öldürməsi, başqa bir rəsmdə Rüstəmin İsfəndiyarla döyüşü, daha bir başqasında onun divlə vuruşması və s. təsvir edilirdi.

İrəvan Xan sarayındakı təsviri sənət nümunələrinin təhlili göstərir ki, istər portret rəsmlərində, istərsə də süjetli və dekorativ kompozisiyalarda ənənəvi Azərbaycan - Şərq motivləri ilə yanaşı, həmin dövrün Qərbi Avropa və Rusiya bədii yaradıcılığının mütərəqqi ənənələri öz təsirini göstərmişdir.

Bu təsir XIX əsrin ikinci yarısında Xan sarayında aparılan təmir-bərpa işlərindən sonra daha aydın şəkildə özünü büruzə vermişdir. İrəvan qalasının hərbi istehkam obyekti kimi istifadəsinə son qoyulmasından sonra “baxımsızlıq üzündən” yararsız hala düşən, nəmişlikdən divar rəsmləri korlanan, karniz və tavanın güzgüləri qopub tökülən Xan sarayının Güzgü lü zalının əsaslı təmiri üçün dəfələrlə Rusiya dövlət xəzinəsindən vəsait ayrılmışdı. İrəvan qubernatorunun vəsatəti əsasında Qafqaz Canişinliyi Sərdar zalının təmiri çün 1867-ci ildə 1200 rubl, tufan nəticəsində qopmuş dəmir örtüyün bərpası üçün 1871-ci ildə 1112 rubl 28 qəpik, zalın uçmuş divarlarının bərpası üçün 1874-cü ildə 354 rubl 86 qəpik, Qafqaz canişinin sərəncamı ilə Sərdar zalının əsaslı təmiri üçün 1880-ci ildə 1978 rubl 78 qəpik, İrəvan şəhər idarəsi isə həmin məqsədlə 1770 rubl vəsait ayırmışdı.

Xan sarayında bərpa işlərinin bir qismini Azərbaycan dəzgah boyakarlığının banisi hesab edilən Mirzə Qədim İrəvani (1826-1875) həyata keçirmişdir. Mirzə Qədim Xan sarayının Güzgülü zalındakı portretlərin və ornamental kompozisiyaların əksəriyyətini bərpa etmişdi. Görünür, 1867-1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim İrəvani həyata keçirmişdir.

Sarayın bərpadan əvvəlki və sonrakı tərtibatına aid əyani materialın müqayisəli təhlili göstərir ki, 1868-ci ildə divar rəsmlərinin ancaq bir hissəsi, yəni portretlər və dekorativ pannolar bərpa edilmişdir. Ov, döyüş və məhəbbət səhnələrini bərpa etmək mümkün olmadığından, onların yerində yeni ornamental-dekorativ pannolar çəkilmişdi.
Şərab zavodunun qurbanı olan İrəvan Xan sarayının gizlinləri
Portretləri bərpa edərkən Mirzə Qədim İrəvani işə mexaniki yanaşmamış, yeni texniki vasitələrlə əvvəlkilərdən fərqlənən yeni əsərlər yaratmışdır. Böyük ölçülü kətan üzərində yağlı boyalarla işlənilib sonradan divara yapışdırılmış bu əsərlər, əslində Azərbaycanda realist monumental boyakarlığın ilkin nümunələri idi. Məhz buna görədir ki, bu əsərlər yüksək qiymətləndirilir və “Asiya boyakarlığının ən yüksək nümunəsi” hesab edilir.

Memarlıq tarixi üzrə tanınmış Azərbaycan alimi L.S.Bretanitskinin verdiyi məlumata görə, Sərdar sarayının Güzgülü zalının şimal istiqamətindəki açıq interyerinin pərdələrinin məhv edilməsindən sonra, 1886-cı ildə həyata keçirilən təmiri zamanı zalın interyeri Şəki Xan sarayının vit rajına (qapıya, pəncərəyə və sairəyə salınan rəngli şüşələrdən düzəldilmiş şəkil və ya naxışlar) bənzər şəbəkə üslubunda, lakin daha kobud formada qapı və pəncərələrlə əvəz edilmişdir. İrəvan Xan sarayının Güzgülü zalının Qriqori Qaqarin və Dübua de Monpere tərəfindən çəkilmiş rəsmləri ilə, sarayın XIX əsrin ikinci yarısında aparılan bərpa işlərindən sonra çəkilmiş fotoları arasında fərqlər aydın görünür. Qriqori Qaqarinin rəsmlərindəki portretlər və divar rəsmləri daha zəngin, daha nəfis və daha rənga-rəng təsir bağışlayır.

Xan sarayının qorunub saxlanılması məsələsi Rusiya İmperator Arxeoloji Komissiyasının (İAK) restavrasiyaya həsr olunmuş xüsusi iclaslarında iki dəfə müzakirə edilmişdir. 6 oktyabr 1910-cu ildə keçirilən birinci müzakirənin protokolundan aydın olur ki, İAK 15 iyul 1910-cu il tarixdə Qafqaz hərbi dairəsinin mühəndis idarəsinə Sərdar sarayı barəsində sorğu göndərmişdir. Bununla bağlı İAK-a göndərilən cavabda, İmperator Moskva Arxeoloji Cəmiyyətindən xahiş edilmişdir ki, sarayın qorunması və bərpası üçün vəsait tapsın. Lakin bu məsələ həll edilməmişdir. Birinci müzakirənin protokolunda qeyd edilir ki, Hüseynqulu xanın dövründə saray müasir görkəmə malik olmuşdur. Lakin rusların hakimiyyəti dövründə isə saray tədricən tənəzzülə doğru gedir. Müzakirənin nəticəsi olaraq İmperator Arxeoloji Komissiyası qərara alır ki, saraya texniki baxış haqqında akt tərtib edilsin və məşhur şərqşünas Nikolay Marrdan xahiş edilsin ki, saraya yerində baxsın.

İkinci müzakirə 17 may 1912-ci ildə keçirilmişdir. Məsələ ilə bağlı iki məruzə dinlənilmişdir. Birinci məruzə Qafqaz Hərbi Dairəsinin baş komandanının daxili işlər nazirinə göndərdiyi 18 aprel 1912-ci il tarixli müraciəti ilə bağlı verilən rəylə əlaqədar olmuşdur. Məsələ belə qoyulmuşdu ki, Sərdar sarayı ya təmir edilərək İmperator Arxeoloji Komissiyasının ixtiyarına verilsin, ya da yoldan keçənlər üçün təhlükəli olduğu nəzərə alınaraq sökülmək şərtilə satılsın.

Şərab zavodunun qurbanı olan İrəvan Xan sarayının gizlinləri
Gündə liyin ikinci məsələsi kimi, İmperator Arxeo loji Komissiyasının 6 oktyabr 1910-cu il tarixli iclasının qərarına əsasən, Nikolay Marrın 1911-ci ilin iyul ayında Xan sarayına keçirdiyi baxışın nəticəsi haqqında yazdığı rəy müzakirə edilmişdir. Nikolay Marrın məruzəsində qeyd edilirdi ki, o, iki gün ərzində Sərdar sarayına baxış keçirmiş və bəzi şəxslərlə görüşərək onun üçün qaranlıq olan məsələlərə aydınlıq gətirmişdir.

Akademik Nikolay Marr Sərdar sarayının dağılmasında həm zəlzələnin, həm ötən illərin təsirinin olduğunu qəbul etməklə yanaşı, həm də son iki onillikdə bu gözəl abidənin qorunmasına cüzi də olsa diqqət yetirilmədiyini, əks prosesin getdiyini, yəni sarayın tez bir zaman da dağıdılmasında marağın olduğunu, özü də insan əli ilə dağıdıldığını qeyd etmişdir.

Güzgülü zaldakı 7 portretin aqibətini təsvir edən akademik Nikolay Marr qeyd edir ki, onlar divardan vəhşicəsinə qoparılıb çıxarılmış və kənarlarının kiçik parçaları qalmışdır. Nikolay Marr zalın tavanındakı, həmçinin karnizindəki güzgülərin daşla vurulub sındırıldığını, sındırılmış şüşə parçalarından döşəmədə ayaq qoymağa yer olmadığını yazır. Məruzəçi ürəkağrısı ilə qeyd edir: “Zalın hər iki tərəfindəki yan otaqlar ayaqyoluna çevrilmişdir. Halbuki həmin otaqlardan birində vaxtilə imperator I Nikolay gecələmiş və öz dəst-xətti ilə adını divara yazmışdır”.

Xan sarayının yerləşdiyi ərazidə inşa edilən şərab zavodunu 1898-ci ildə Nerses Tahiryandan rus şərab istehsalçısı Nikolay Şustov satın almış və Xan sarayının tikililərinin sökülməsi hesabına zavodun ərazisini daha da genişləndirmişdi. Bununla bağlı Nikolay Marr öz məruzəsində qeyd edir ki, Sarayın şimal-qərb hissəsinin altı Şustovun konyak zavodu tərəfindən qazılmışdır. Bunun nəticəsində Saraya bitişik əlavə tikili uçub dağılmışdır.

Akademik Nikolay Marr 1910-cu ildə Güzgülü zalın Zəngi çayı tərəfə baxan hissəsinin şüşəbən dinin darmadağın edildiyini, zalın döşə məsinin açıq-boz rəngli plitələrinin, cilalanmış mərmərdən düzəldilmiş fəvvarəli hovuzun da vəhşicəsinə sındırıldığını qeyd edir. Akademik Nikolay Marr Sərdar sarayının nümunəsində bütün Cənubi Qafqazda müsəlman tarixi abidələrinin qorunmasına laqeyd münasibət bəslənildiyini yazır. Daha sonra Nikolay Marr Sərdar bağındakı Yay köşkünün vəziyyətini ürəkağrısı ilə təsvir edir.

O, Yay köşkündən ancaq bir xatirə qaldığını yazır. Məruzəçi İrəvan şəhər rəhbərliyinin 1892-ci ildə Yay köşkünü partlatmaq qərarına gəldiyini və bu işin barbarcasına həyata keçirilməsini podratçılara həvalə etdiyini qeyd etmişdir. İmperator Arxeoloji Komissiyasının iclasının sonunda akademik Nikolay Marr qəti şəkildə bəyan etmişdir ki, saray həd dindən artıq baxımsız vəziy yətdədir, lakin onun tezliklə dağılmaq təhlükəsi yoxdur.


Şərab zavodunun qurbanı olan İrəvan Xan sarayının gizlinləri
Akademik Marr ürəkağrısı ilə yazırdı: “Görünür, biz yerli qədim abidələrin sistematik dağıdılması ilə üzləşmişik. Təbiidir ki, bu dağıdıcı fəaliyyət son nəticədə qədim abidələrin izlərini itirməyə yönəlib”. Akademik N.Marrın “izləri itirilən qədim adidələr” sözləri, təbii ki, İrəvan quber niyası ərazisində azərbaycanlılara məxsus olan və erməni vandalları tərəfindən vəhşicəsi nə dağıdılan tarixi abi dələrə aid idi. Təbii ki, heç bir xalq öz maddi-mədəniy yət abidələrini barbarcasına dağıt maz, onların yer üzündən silin məsinə çalışmaz.

Sənətşünas alim Nikolay Miklaşevskayanın yazdığına görə, Sərdar sarayı 1914-cü ildə tamamilə dağıdılmışdır və Mirzə Qədim İrəvaninin XIX əsrin ikinci yarısında sarayın divarlarında 2x1 m ölçüdə çəkdiyi portretlər divardan qopardılaraq Tiflisdəki Hərbi Tarix Muzeyinə təhvil verilmişdir. Həmin portretlər Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR Dövlət Muzeyinə, sonradan isə Gürcüstan İncəsənət Muzeyinə verilmişdir.

Məşhur rus fotoqrafı Dmitri Yermakovun XIX əsrin 80-ci illərində çəkdiyi İrəvan Xan sarayının bütün detallarını əhatə edən fotoşəkilləri hazırda Gürcüstan Dövlət Muzeyində fotoqrafa aid kolleksiyada saxlanılır.

1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində keçmiş İrəvan xanlığının ərazisində erməni-daşnak hökuməti qurulmuş və yerli azərbaycanlılara qarşı soyqırım həyata keçirilmişdir. İrəvan şəhərində azərbaycanlılara məxsus olan bir çox tarixi-memarlıq abidələri də məhz həmin dövrdə yer üzündən silinmişdir.

İrəvanda Xan sarayının üslubunda inşa edilmiş tarixi-memarlıq abidələrindən biri də Pənah xan Makinskinin evi idi. İrəvan şəhər Dumasının deputatı, kollec müşaviri Süleyman xanın oğlu Pənah xana məxsus yaşayış kompleksi onun adını daşıyan meydanda (keçmiş Ter-Qukasov küçəsində, indiki Nalbandyan küçəsi, 19) yerləşirdi. Kompleksə xanın iki mərtəbəli evi, mətbəx, anbar, ayrıca həyətlərdə nökərlər üçün birmərtəbəli ev və tövlələr daxil idi. Pənah xanın evi İrəvanda dövlət tərəfindən qorunan memarlıq abidələri siyahısına salınsa da, XX əsrin 60-cı illərində onun da aqibəti azərbaycanlılara məxsus digər tarixi-memarlıq abidələri kimi olmuş, dağıdılaraq yer üzündən silinmişdir.
Şərab zavodunun qurbanı olan İrəvan Xan sarayının gizlinləri
İrəvan Xan sarayına bənzər komplekslər – Bakıda Şirvan şahlar sarayı, Şəkidə Xan sarayı kompleksləri bu gün də yaşayır, keçmişdən bu günə soraq verirlər. İrəvanda isə Azərbaycan xalqının tarixi keçmişindən soraq verən bircə dənə də olsun tarixi abidə qalmamışdır.

İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara “qədim erməni torpağında” və onun “qədim paytaxtında” yaşı 200 ildən yuxarı bircə dənə də olsun tarixi abidə göstərə bilmirlər.

Əsrlər boyunca yaranmış və azərbaycanlılara məxsus olan tarixi-memarlıq abidələrinin izini silən ermənilər, indi biznes şəbəkəsi qurmaq məqsədilə “İrəvan qalası” layihəsi hazırlamışlar. Şəhər ətrafında - keçmişdə Təzəkənd adlanan, indi isə ermənilərin Noraqyuğ adlandırdıqları massivdə 184 hektar ərazidə inşa edilməsi nəzərdə tutulan layihənin ilkin smeta dəyəri 6-7 milyard ABŞ dolları civarındadır. Həmin layihədə ticarət obyektləri, karvansaralar, Şərq hamamları ilə yanaşı, kiçik bir “Sərdar sarayı” inşa edilməsi də nəzərdə tutulur.

Həmin layihə başa gəlsə belə, onun tarixi-memarlıq baxımından heç bir dəyəri olmayacaqdır. Çünki Şərq memarlığının nadir incisi hesab edilən İrəvan xanlarının saray kompleksi erməni vandallarının dağıdıcı fəaliyyətləri nəticəsində yüz ildir ki, tarixin yaddaşına köçüb.

İrəvan Xan sarayı (Sərdar sarayı) erməni vandalları tərəfindən yer üzündən silinsə də, günümüzədək gəlib çatan ilk mənbələrin məlumatları, arxiv sənədləri, rəsm əsərləri, fotolar qədirbilən insanlara İrəvan Xan sarayı kompleksinin tam mənzə rəsini yaratmaq imkanı verir.

Geri dön