Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tramp Asiya ölkələrinə səfərini başa vurur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Tramp Asiya ölkələrinə səfərini başa vurur

Tramp Asiya ölkələrinə səfərini başa vurur


ABŞ prezidenti Donald Tramp Asiyanın beş ölkəsinə 12 günlük səfərini başa vurur. Amerika liderinin səfər zamanı danışıqlarının diqqət mərkəzində Şimali Koreyanın nüvə təhlükəsi və ticarətin genişləndirilməsi məsələləri olub.

Bazar ertəsi Manilada Avstraliyanın və Yaponiyanın baş nazirləri ilə danışıqların ardınca Tramp Şimali Koreya və ticarətlə bağlı Vaşinqtona qayıtdıqdan sonra bəyanat verməyi vəd edib. O, detallara varmayıb.

Trampın Avstraliyanın baş naziri Malkolm Törnbull və Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşü regional təlükəsizlik problemləri ilə qarşılaşan üç ölkə arasında münasibətlərin genişləndirilməsinə işarə kimi qiymətləndirilir. Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramları və Çinin dəniz sularında ərazi iddialarını gücləndirməsi narahatlıqlara əsas səbəb olan məsələlərdir.

“Bizim üçün əsas məsələ sülh və sabitliyə nail olmaq üçün çox yaxın üçtərəfli əməkdaşlığı təmin etməkdən ibarətdir”, Tramp bildirib.

“ Biz Şimali Koreya rejiminin ayılıb, bizim regionumuzda öz ağılsız təxribatını və təhlükələrini dayandırmasını təmin etmək üçün eyni dəyərlər və eyni maraqlara malikik. Sülh və sabitlik bir çox on illiklər milyardlarla insanın rifahının möhkəmlənməsinə xidmət edib və biz bunu saxlamaq üçün birlikdə işləyəcəyik”, ABŞ prezidenti bildirib.

Hərbi gücün nümayişi

Sakit okeanın qərbində güc nümayiş etdirilməsi məqsədilə ABŞ-ın üç təyyarə daşıyan gəmisi genişmiqyaslı hərbi təlimlərdə iştirak edib.

ABŞ-ın hərbi gəmiləri və təyyarələri Cənubi Koreya hərbi dəniz qüvvələri və Yaponiyanın dəniz sularında özünümüdafiə qüvvələrinin birləşmələri ilə təlimlərə qatılıb.

ABŞ prezidenti Avstraliyanın və Yaponiyanın baş nazirləri ilə Cənub-Şərqi Asiya ölkələri Assosiasiyası ASEAN sammiti çərçivəsində görüş keçirib. Tramp ticarət sahəsində “böyük irəliləyişə” nail olunduğunu deyib, lakin detallara toxunmayıb.

Duterte ilə görüş

Bundan öncə ABŞ lideri sammitə ev sahibliyi edən Filippinin prezidenti Rodriqo Duterte ilə görüşüb. Tramp danışıqları “olduqca müvəffəq” adlandırıb.

ABŞ və Filippin prezidentlərinin birgə bəyanatında iki lider Pxenyanın “qanunsuz olaraq nüvə silahları və raketlər inkişaf etdirməsini qınayıb və region da daxil olmaqla bütün ölkələri “təhlükə yaradan bu proqramlara etiraz etməyə və Şimali Koreya ilə diplomatik və iqtisadi əlaqələri azaltmağa” çağırıb.

Birgə mətbuat konfransında müxbirlər Trampın Duterte ilə insan haqları məsələsini qaldırıb-qaldırmadığı ilə maraqlanıb. Duterte beynəlxalq insan haqları qrupları tərəfindən kəskin tənqidlərlə qarşılaşır.

Ağ Evin sözçüsü Sara Sanders bundan sonra bildirib ki, Tramp və Duterte arasında görüş zamanı “İŞİD-ə qarşı mübarizə, qeyri-qanuni narkotik maddələr və ticarət məsələləri diqqət mərkəzində olub. İnsan haqları məsələsi Filippində narkotiklərə qarşı mübarizə kontekstində qısaca gündəmə gəlib.”

Geri dön